Türkiyədə bələdiyyə əməkdaşlarının narkotik testindən keçirilməsi zamanı gözlənilməz nəticə ortaya çıxıb.
"Bakupost" xəbər verir ki, Kecioren bələdiyyəsində 213 əməkdaş, o cümlədən mühafizə xidmətində çalışan personal narkotik testindən keçirilib.
Testlərin nəticələrinə görə, 170 əməkdaşın analizləri pozitiv çıxıb.
Bu göstərici ilkin nəticələrə əsasən, testdən keçirilən hər 5 əməkdaşdan təxminən 4-də narkotik və ya uyuşdurucu maddə istifadəsinə dair iz aşkarlandığını göstərir.
Nəticələri pozitiv çıxan əməkdaşlarla bağlı araşdırma başladılıb. Faktlarla əlaqədar istintaq tədbirlərinin həyata keçirildiyi bildirilir.
Hadisə Türkiyədə bələdiyyələrdə çalışan əməkdaşların narkotik istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin sərtləşdirilməsi məsələsini də yenidən gündəmə gətirib.
Qeyd edək ki, test nəticəsinin pozitiv çıxması avtomatik olaraq şəxsin narkotik maddədən istifadə etdiyini qəti şəkildə təsdiqləmir. Belə hallarda nəticələrin əlavə tibbi və hüquqi prosedurlarla təsdiqlənməsi tələb olunur.
Aygün,
BakuPost