Ru
17:13 / 04 Noyabr 2025

“Zadəganlar”ın zədə kabusu – “Çelsi” daha bir futbolçusunu itirdi

“Zadəganlar”ın zədə kabusu – “Çelsi” daha bir futbolçusunu itirdi
Eye

“Çelsi” ötən həftəki “Tottenhem” qələbəsindən sonra sabah Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq. Lakin baş məşqçi Enzo Mareska bu oyundan öncə daha bir itki ilə üzləşib.

Bakupost.az xəbər verir ki, bu mövsüm London klubunun ən böyük problemlərindən biri məhz zədələr olub. Komandanın oyun səviyyəsinin gözləntilərin altında qalmasında Koul Palmer və Levi Kolvill kimi əsas oyunçuların itkisinin böyük payı var.

“The Standard”ın məlumatına görə, “zadəganlar”ın heyətində Pedro Neto da zədəli komanda yoldaşlarının sırasına qoşulub. Bu, komanda üçün yeni narahatlıq doğurur. Ümid olunur ki, portuqaliyalı futbolçunun problemi ciddi deyil və o, tezliklə yaşıl meydana qayıdacaq.

Neto bu mövsüm qeyri-sabit çıxış etsə də, komanda daxilində mübarizə əzmi və fədakarlığı ilə seçilir. Əgər Neto “Qarabağ” matçında iştirak edə bilməsə, baş məşqçi Mareskanın onun yerinə kifayət qədər alternativi var. Gənc braziliyalı Estevaonın bu görüşdə start heyətində meydana çıxacağı gözlənilir.

Mareska mövsüm ərzində hər iki oyunçu arasında rotasiya tətbiq edib. “Tottenhem”lə görüşdə Neto oynamışdı, bu dəfə isə növbə Estevaoya çatır.

Bir çox mütəxəssisə görə, cəmi 18 yaşı olan Estevao komanda yoldaşına nisbətən istedadlı görünür. Futbolçu bu performansı davam etdirərsə, yaxın gələcəkdə dünyanın ən yaxşı gənc futbolçularından birinə çevrilə bilər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar