Ru
20:28 / 28 Noyabr 2025

Zarina da “haqqına girənlərdən” danışdı: Kimin qonorarından pay ala bilirsə...

Zarina da “haqqına girənlərdən” danışdı: Kimin qonorarından pay ala bilirsə...
Eye

“Komedixana”nın aktrisası Zarina Qurbanova kast rəhbərlərindən gileylənib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, “Kinobox”un suallarını cavablayan aktrisa ad çəkməsə də, qadın kast rəhbərinin yaxşı aktrisa və aktyorları xarici rejissorlara təqdim etmədiyini deyib:

“O xanımın haqqımıza girdiyini bütün aktyorlar bilir. O gün bir aktyor yoldaşım deyir ki, sənin bu qədər potensialın var, niyə dəvət almırsan filmlərə? Çünki xarici rejissorlar bizi tanımır, onlar kast rəhbərlərinə müraciət edir. Bir kast rəhbəri xanım kimin qonorarından pay ala bilir onu dəvət edir. Biz haqqımızı ona yedirtməyəcəyik deyə bizi sevmir. O xanıma demək istəyirəm ki, nə qədər haqqımıza girəcəksən?”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar