Ru
17:04 / 25 Fevral 2026

Zaur Nəbioğluna şiddətli töhmət verilib?

Zaur Nəbioğluna şiddətli töhmət verilib?
Eye

Sosial şəbəkələrdə və bəzi media subyektlərində yayımlanan məlumata görə, ATV-də yayımlanan "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğluna (ATV) şiddətli töhmət verilib. Eyni zamanda qeyd edilib ki, aparıcının verilişinə çağırılan qonaqların seçimi bundan sonra daha diqqətlə aparılacaq.

Bakupost.az Azxeber.com-a istinadən xəbər verir ki, telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ozal İbrahimli bildirib ki, hər hansı aparıcıya töhmət verilməsi telekanalın daxili prosedurudur:

"Hər hansı bir əməkdaşın mükafatlandırılması və yaxud cəzalandırılması, həmçinin görülən tədbirin hansı səbəbdən olması hər bir təşkilatın daxili inzibati idarəetmə prosedurları ilə tənzimlənən məsələdir". O eyni zamanda son günlər sosial şəbəkələrdə bayağı verilişlərlə bağlı tənqidlərdən sonra telekanalda hər hansı dəyişiiklik edilib-edilmədiyi sualını da cavablandırıb: "Kanalımızda veriliş formatlarının dəyişilməsi, yenilənməsi və yaxud hansısa başqa yaradıcı proseslər isə hər zaman aparılır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar