Aparıcı Zaur Nəbioğlu AF Holdingin mətbuat katibi təyin olundu
"Bakupost" Bakıvaxtı.az-a istinadla xəbər verir kİ, tanınmış aparıcı Zaur Nəbioğluya yeni vəzifə verilib. O, AF Holdingin mətbuat katibi təyin olunub.
Qeyd edək ki, AF Holdingin tərkibinə AF City, AF Mall, EuroHome, Şıxov Aqua Park, Novxanı Luna Park, AF Beach və AF Hotel kimi tanınmış şirkətlər, layihələr və obyektlər daxildir.