Ru
19:06 / 16 Oktyabr 2026

Zəhərli hörümçək udan 2 yaşlı uşaq komaya düşdü

Zəhərli hörümçək udan 2 yaşlı uşaq komaya düşdü
Eye

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb.

"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, bu barədə lada.kz məlumat yayıb.

Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı son dərəcə ağır vəziyyətdə yerli xəstəxanaya çatdırıb. Həkimlər zərərçəkmişə iki doza qaraqurd əleyhinə zərdab vurduqdan sonra onu başqa bir tibb müəssisəsinə köçürmək qərarına gəliblər.

Qeyd olunur ki, qız reanimasiya briqadasının müşayiəti ilə süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə daşınıb. Buna qədər zərərçəkmiş artıq komada olub. Nəticə etibarilə uşaq 10 gün reanimasiya şöbəsində qalıb. Daha sonra o, komadan ayılıb və sərbəst nəfəs almağa başlayıb. Xəstəxanada əlavə dörd gün qaldıqdan sonra uşaq evə buraxılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar