Ru
14:03 / 29 İyul 2026

Zelenski ABŞ-dən məmnun qayıdıb: Savaş səhnələri dəyişəcək

Zelenski ABŞ-dən məmnun qayıdıb: Savaş səhnələri dəyişəcək
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü məhsuldar adlandırıb və o, bu ölkəni yaxşı əhval-ruhiyyədə tərk edib.

"Bakupost" xəbər verir ki, Zelenski görüş zamanı "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına dair lisenziyalar və müdafiə sahəsində digər təşəbbüslərin müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, tərəflər diplomatik prosesin sürətləndirilməsi məsələsinə də toxunublar. Zelenski qeyd edib ki, iki ölkənin komandaları gələcək əməkdaşlığın detallarını razılaşdıracaq.

Digər tərəfdən, Zelenskinin bu səfərindən dərhal sonra məlumat yayılıb ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkov və Donald Trampın kürəkəni Cared Kuşnerin yaxın həftələrdə Rusiyaya səfəri baş tuta bilər.

Siyasi şərhçi Elçin Xalidbəyli Bakupost.az-a bildirib ki, son baş verən hadisələr Ukraynanın savaşın gedişinə münasibətdə daha məmnun olduğunu göstərir:

“Çünki prosesin gedişi Kiyevin nəzarəti altındadır. İndi savaş meydanında əsas diktə edən tərəf Ukraynadır. Zelenski müharibəni Rusiya ərazisinə daşımağa nail olub. Rusiyanın enerji və loqistika infrastrukturu dağıdılır. Belədə Rusiya savaşı maliyyələşdirməkdə ciddi çətinliklərlə üz-üzə qala bilər”.

Yaranmış situasiya müsahibimizə görə, ABŞ və Avropa Birliyinin Ukraynaya yönəlik dəstəyini daha da gücləndirəcək:

“Ağ Ev də son zamanlar Rusiyaya münasibətdə mövqeyinə yenidən baxmağa başlayıb. Tramp adminstrasiyası nisbətən Rusiyadan uzaqlaşaraq, Ukraynaya dəstək göstərməyə başlayıb. Tramp özü bəyan edib ki, Rusiyaya qarşı sanksiyaları gücləndirəcək və ona paralel olaraq Kiyevə dəstəyi artıracaq. Bu zaman aydındır ki, Tramp əsasən hərbi-kommersiya maraqlarından çıxış edir. Silahları NATO ölkələrinə satır. Onlar da həmin silahları Ukraynaya göndərir. Bütün bunlar situasiyanın Kiyevin xeyrinə dəyişdiyini göstərir. Ona görə də Zelenski mövcud situasiyadan məmnundur. Trampla görüşdə də ola bilsin o, ABŞ-nin Ukraynaya dəstəyilə bağlı müəyyən təminatlar alıb”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar