Ukrayna Prezidenti Volodimir Zelenski 4 ildən çoxdur davam edən münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərini Vaşinqtona təqdim etdiyini açıqlayıb.
“Bakupost” xəbər verir ki, Zelenski bu barədə videomüraciətində bildirib.
O, təkliflərin təfərrüatlarını açıqlamasa da, Kiyevin ABŞ-ın Rusiyaya qarşı sanksiya təzyiqini artıracağına və bunun Ukrayna ilə bağlı razılaşmanın əldə olunmasında rol oynayacağına ümid etdiyini deyib.
“Təkliflərimizi Amerika tərəfinə çatdırdıq. Amerika həm müdafiəmizə, əsasən də hava hücumundan müdafiəyə kömək edə bilər, həm də Rusiyaya təzyiq göstərərək planlarını dəyişməsinə, müharibəni uzatmaq əvəzinə, onun başa çatmasına hazırlaşmasına nail ola bilər”, – Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Kiyev ballistik raketlərdən müdafiə olunmaq üçün hava hücumundan müdafiə sistemlərinə raketlərin tədarükünə ümid edir. O, həmçinin ABŞ-ın Moskva üzərində siyasi və iqtisadi təsirindən istifadə etməsini gözlədiyini vurğulayıb.