Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ölkənin Aİ-yə üzvlüyə hazırlıq prosesini müzakirə edib.
"Bakupost" xəbər verir ki, bu barədə Koşta sosial şəbəkələrdə yazıb.
O qeyd edib ki, Zelenskini gələn həftə keçiriləcək Aİ liderlərinin sammitinə dəvət edib.
"Biz Ukraynanın Aİ-yə daxil olmaq yolunda irəliləyişini müzakirə etdik. Gələn həftə iki danışıqlar klasterinin, eləcə də ilin sonunadək bütün digər klasterlərin açılmasını səbirsizliklə gözləyirik", – Koşta deyib.