Ru
23:48 / 13 Avqust 2025

Zelenski Avropadan PUA istehsalı üçün yardım istədi - VİDEO

Zelenski Avropadan PUA istehsalı üçün yardım istədi - VİDEO
Eye

Bu gün Ukrayna müharibəsi ilə bağlı Könüllülər Koalisiyanın altıncı yığıncağı keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz sosialşəbəkə hesabıda əlumat verib.

O bildirib: "Biz tərəfdaşlarla birlikdə ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq, qətlləri dayandırmaq və ədalətli və davamlı sülhə nail olmaq üçün səylərini dəstəklədik. Mən ortaq mövqeyə görə tərəfdaşlara minnətdaram: sülhə gedən yolu Ukraynasız müəyyən etmək olmaz və danışıqlar yalnız atəşkəs şəraitində baş tutanda nəticə verə bilər".

Ukrayna rəhbəri həmçinin tərəfdaşları ölkənin müdafiə qabiliyyətini artırmaq üçün pilotsuz təyyarələrin istehsalını maliyyələşdirməyə və Amerika silahlarının alınması üçün NATO-nun yeni aləti olan PURL-ə qoşulmağa çağırıb.

Prezident yazıb: "Görüş zamanı biz növbəti addımlar barədə razılığa gəldik və Ukrayna, bütün Avropa və ABŞ arasında sıx əməkdaşlığı davam etdirməyə razılaşdıq. Bu müharibəni ədalətli şəkildə bitirmək üçün səy göstərən hər kəsə təşəkkür edirəm".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar