Ru
11:58 / 17 İyul 2026

Zelenski Azərbaycanəsilli məmuru işdən çıxardı - FOTO

Zelenski Azərbaycanəsilli məmuru  işdən çıxardı - FOTO
Eye

Timur Tkaçenko Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

"Bakupost" “Qafqazinfo”ya istinadla Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, əslən Azərbaycandan olan T.Tkaçenko bu vəzifəyə 2024-cü il dekabrın 31-də təyin edilmişdi. Hələ may ayında yerli mətbuatda onun istefa ərizəsi yazdığı barədə məlumat yayılmışdı.

36 yaşlı Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar