Ru
17:15 / 14 Oktyabr 2025

Zelenski onları vətəndaşlıqdan məhrum etdi

Zelenski onları vətəndaşlıqdan məhrum etdi
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Odessanın meri Gennadi Truxanovu, sabiq millət vəkili Oleq Tsarevi və balet artisti Sergey Polunini Ukrayna vətəndaşlığından məhrum edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Hər üç şəxsin Rusiya vətəndaşlığının olması təsdiqlənib.

Qeyd olunur ki, oktyabrın 13-də prezidentin rəsmi saytında Zelenskidən Truxanovu vətəndaşlıqdan məhrum etməsi tələb olunan petisiya yerləşdirilib. Petisiya 25 mindən çox imza toplayıb. Müəlliflər Truxanovun Rusiya pasportuna malik olub-olmadığını yoxlamağı və varsa, onu Ukrayna vətəndaşlığından məhrum etməyi xahiş ediblər.

Truxanov ikili vətəndaşlığı ilə bağlı məlumatı təxribat adlandırıb. Merin sözlərinə görə, o, Ukrayna dövlət qurumları tərəfindən araşdırılıb və onun Rusiya vətəndaşı olmadığı təsdiqlənib.

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar