Ukrayna Prezidenti Volodimir Zelenski Trampın onunla razılığa gəlməyin Putinlə razılığa gəlməkdən daha çətin olması barədə fikrinə münasibət bildirib.
"Bakupost" xəbər verir ki, Zelenski bu barədə Brüsseldə danışıb.
“Ukraynanın və xalqımızın maraqlarını müdafiə edirəm. Bizə hücum edilib və özümüzü müdafiə etmək hüququmuz var. Möhkəm dayanacağıq. Lakin prioritetimiz danışıqlar aparmaq və müharibəni başa çatdırmaqdır”, - deyə o bildirib.
Zelenskinin sözlərinə görə, dizel yanacağı ilə bağlı sövdələşməyə göz yumulsa, bu, sonuncu belə razılaşma olmayacaq. O, növbəti sövdələşmənin qaz, daha sonra isə bank sektoru ilə bağlı ola biləcəyini vurğulayıb.
“Putin bizi məhv etmək istəyir. O, həqiqətən də Ukraynanı ölkə, ukraynalıları isə xalq hesab etmir. Siz doğrudanmı onun yalnız ölkəmizin şərq hissəsini istədiyinə inanırsınız?” - deyə Zelenski sual edib.
Lalə, BakuPost