Ru
23:48 / 04 İyun 2026

Zelenski Putinə açıq məktub ünvanladı

Zelenski Putinə açıq məktub ünvanladı
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə açıq məktub ünvanlayaraq, müharibəyə son qoymaq üçün birbaşa danışıqlara başlamağı təklif edib.


Bakupost.az xəbər verir ki, rəsmi sənəd Ukrayna dövlət başçısının rəsmi saytında dərc olunub.

Zelenski müraciətində qan tökülməsini dayandırmağın vaxtı çatdığını vurğulayıb:

“Ukrayna bu müharibəni bitirməyi təklif edir. Bunu dürüst, ləyaqətli şəkildə etmək və müharibənin yenidən alovlanmayacağına zəmanət vermək lazımdır”.

Ukrayna lideri Putinə konkret tarix müəyyən etməyi və şəxsi görüş keçirməyi təklif edib. Qeyd olunub ki, danışıqların davam etdiyi müddətdə Ukrayna tərəfi cəbhə xətti boyunca atəşi tamamilə dayandırmağa hazırdır. Zelenskinin fikrincə, əldə olunacaq bu müvəqqəti atəşkəsə nəzarəti isə ABŞ təmin edə bilər.

Qeyd edək ki, bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşən Vladimir Putin də Ukrayna böhranının həllinə toxunub. Rusiya Prezidenti rəsmi Mosvkanın münaqişəni dinc yolla nizamlamağa hazır olduğunu və buna istək nümayiş etdirdiyini bildirib. Lakin Putin bu nizamlanmanın daha əvvəl Alyaskada (Ankoric) əldə olunmuş razılaşmalar çərçivəsində mümkünlüyünü vurğulayıb və Rusiyanın həmin prinsiplər əsasında kompromislərə açıq olduğunu qeyd edib.

Xatırladaq ki, Rusiya lideri daha əvvəl verdiyi bəyanatda Avropa ölkələrinin Ukraynaya birbaşa hərbi dəstək verdiyini əsas gətirərək, Avropanın bu prosesdə vasitəçi ola bilməyəcəyini bəyan etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar