Ru
14:53 / 25 Aprel 2026

Zelenski Qəbələdən paylaşım etdi

Zelenski Qəbələdən paylaşım etdi
Eye

Zelenski Prezident İlham Əliyevlə görüşünə dair paylaşım edib.


Bakupost.az xəbər verir ki, o, danışıqları mühüm adlandırıb.

“Vacib danışıqlar. Qarşılıqlı hörmət və hər iki xalqımızı gücləndirən əməkdaşlıq”, - deyə Zelenski qeyd edib.

Digər paylaşımında Zelenski bildirib:

“Azərbaycana səfərə səma müdafiəsi üzrə Ukraynanın təcrübəsini bölüşən ekspert komandamızla görüşlə başladım. Ukrayna hər zaman həm bizi, həm də tərəfdaşlarımızı gücləndirən əməkdaşlığa açıqdır. Bizim digər xalqlara faydalı ola biləcək xüsusi təhlükəsizlik təcrübəmiz var. Artıq üç istiqamət üzrə işləyirik: Yaxın Şərq və Körfəz regionu, Avropa İttifaqı və konkret olaraq Azərbaycanla.

Təhlükəsizlik sahəsində əməkdaşlıqla yanaşı, bu gün enerji, iqtisadiyyat və humanitar istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üzərində çalışacağıq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar