Ru
16:29 / 26 Sentyabr 2025

Zelenski Trampdan “Tomahawk” raketləri istədi

Zelenski Trampdan “Tomahawk” raketləri istədi
Eye

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampdan “Tomahawk” tipli qanadlı raketlərin verilməsini xahiş edib.

Bakupost.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən raketlərin uçuş məsafəsi təxminən 1600 kilometrdir. Zelenski Tramp ilə söhbətində bildirib ki, bu silahlar Putini danışıqlar masasına oturmağa məcbur edə bilər.

Ukrayna lideri həmçinin qeyd edib ki, “Tomahawk” raketləri əldə olunacağı təqdirdə Ukrayna Silahlı Qüvvələri Kremlə hücum hədəfi kimi baxacaqlar.

Xatırladaq ki, bundan əvvəl Zelenski eyni raketləri ABŞ-nin keçmiş prezidenti Co Baydendən də istəmiş, lakin rədd cavabı almışdı.

Bakupost.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar