Ru
21:25 / 21 Sentyabr 2026

Zelenski Trampla danışdı – Sabah görüşürlər?

Zelenski Trampla danışdı – Sabah görüşürlər?
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.

"Bakupost" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti rəsmi “Telegram” kanalında məlumat verib.

“Mən indicə Prezident Trampla danışdım. Bu, vacib bir söhbət idi və biz bir çox məsələləri müzakirə etdik. Biz Nyu-Yorkda görüşməyə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər”, - deyə Zelenski yazıb.

Digər tərəfdən, Ukraynanın “Insider” nəşri görüş sentyabrın 22-də, axşam saatlarında baş tutacağını bildirib.

Nəşr əlavə təfərrüatlar barədə məlumat verməyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar