Ru
20:17 / 22 Sentyabr 2026

Zelenski Trampla görüşmək üçün BMT-nin binasındadır

Zelenski Trampla görüşmək üçün BMT-nin binasındadır
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının işində iştirak etmək üçün Nyu-Yorka gəlib. Səfər çərçivəsində onun ABŞ Prezidenti Donald Trampla kritik görüşü nəzərdə tutulub.


“Bakupost” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukrayna dövlət başçısı artıq BMT binasına daxil olub və bir sıra xarici nümayəndə heyətləri ilə salamlaşıb.

Zelenskinin BMT Baş Assambleyası çərçivəsində rəsmi çıxışı sentyabrın 23-nə planlaşdırılır.

ABŞ Dövlət katibi Marko Rubio görüşlə bağlı açıqlamasında bildirib ki, Tramp ukraynalı həmkarı ilə müzakirələrdə əsas diqqəti enerji infrastrukturu obyektlərinə zərbələrin dayandırılması məsələsinə yönəltmək niyyətindədir.

Qeyd edək ki, sentyabrın 20-də Zelenski Trampla mühüm telefon danışığı apardığını və Nyu-Yorkda təkbətək görüş barədə razılığa gəldiklərini bəyan etmişdi.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrinə bu gün Nyu-Yorkda start verilib. Yaxın bir həftə ərzində təşkilatın mənzil-qərargahında 130-a yaxın dünya liderinin bir araya gələcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar