Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Türkiyəyə səfər edib.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Zelenski Türkiyə səfəri ilə sülh səylərini yenidən aktivləşdirməyi hədəfləyir. Ukrayna prezidenti Ankaradakı görüşlərdən əvvəl verdiyi açıqlamada, Türkiyə səfərinin gündəmində Rusiya ilə danışıqların bərpası üçün hazırladıqları təkliflərin olduğunu bildirib. O, bu təklifləri Ankarada Ərdoğana təqdim edəcək.
Zelenski sosial media hesabında “Tərəfdaşlarımıza təqdim edəcəyimiz təklifləri hazırlamışıq” ifadələrinə yazsa da, bu təkliflərin nədən ibarət olduğunu açıqlamayıb. O,Ş yalnız əsir mübadiləsini yenidən başlatmaq istədiklərini deməklə kifayətlənib.
Bu gün keçiriləcək görüşlərdə Rusiya tərəfi iştirak etməyəcək. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff isə görüşə qatılacaq.
Yüksək rütbəli bir türk rəsmisi “Associated Press”ə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Ankaradakı görüşlərdə iştirak edəcəyini təsdiqləyib.
Zelenskinin Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcəyi, ardından Uitkoffun da qatılacağı üçtərəfli danışıqların keçiləcəyi qeyd olunur.
Cavid, BakuPost