Ukrayna lideri Volodimir Zelenski Münhendə dünya liderləri qarşısında çıxış edərək, İranın Rusiyaya satdığı silahların Ukrayna üçün yaratdığı təhlükənin miqyasını açıqlayıb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Zelenski İranla heç bir ərazi mübahisəsi və ya birbaşa münaqişənin olmadığını, lakin Tehranın hərəkətlərinin bu münasibətləri tamamilə məhv etdiyini bildirib.
Zelenski İran istehsalı olan PUA-ların 2026-cı ilə qədər keçdiyi qorxulu yolu təsvir edib:
- Artıq "Şahid"lər reaktiv mühərriklərlə təchiz olunub və daha sürətlə uçur.
- Zelenski iddia edib ki, bu dronlar hədəfi daha dəqiq vurmaq üçün Starlink terminallarından istifadə etməyə başlayıb.
"Dron-ana" modeli: Müasir İran PUA-ları artıq öz daxilində daha kiçik FPV dronlar daşıyaraq onları hədəfə çatdıra bilir.
"İran rejiminə vaxt vermək olmaz"
Zelenski İranın daxilindəki etirazlara və iqtisadi böhrana işarə edərək, beynəlxalq birliyi bu rejimin "sağ qalmasına" imkan verməməyə çağırıb:
"İran rejimi artıq dünyaya bəlkə də son bir əsrdə bir çox digər rejimlərin vura bilmədiyi qədər böyük zərər vurub. Onlara vaxt verdikcə, onlar daha çox insan öldürürlər. Bu rejimin indiki böhrandan sağ çıxmaq ümidləri puç edilməlidir".