Ru
23:38 / 01 İyul 2026

Zəlzələyə görə 7 günlük matəm elan edildi

Zəlzələyə görə 7 günlük matəm elan edildi
Eye

Venesuelada baş vermiş güclü zəlzələlərdə həlak olanların xatirəsinə ölkədə 7 günlük milli matəm elan olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez açıqlama verib.

O həmçinin həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara isə tezliklə sağalmağı arzulayıb.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. Daha sonra isə cəmi 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkanı qeydə alınıb.

Rəsmi məlumata görə, zəlzələlər nəticəsində 1943 nəfər ölüb, 10571 nəfər yaralanıb. Xilasedicilər dağıntılar altından 6461 nəfəri sağ çıxarıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar