Ru
19:58 / 11 Oktyabr 2025

Zemfiranın mahnısını dinləyən Paşinyandan MARAQLI PAYLAŞIM - VİDEO

Zemfiranın mahnısını dinləyən Paşinyandan MARAQLI PAYLAŞIM - VİDEO
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan Teleqram kanalında bir video yayımlayıb.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, videoda o, Zemfiranın “P.M.M.L.” adlı mahnısı fonunda düşüncəli şəkildə masa arxasında oturur.

Görüntüdə siyasətçi ağ köynək və qalstukda, ehtimal ki, iş kabinetindədir. O, bir neçə telefonun olduğu yazı masasının arxasında kresloda oturur. Arxa planda kitablarla dolu şkaf görünür. Baş nazir qarşıya baxaraq mahnını dinləyir və “Bağışla məni, sevgilim” sözləri səslənəndə baxışlarını kameraya yönəldir.

“Hamınıza xoş səhər və uğurlu gün arzulayıram”, — deyə hökumət başçısı videonu paylaşarkən qeyd edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar