Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin MyQrant layihəsinin dəstəyi ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən hazırlanmış “Zəngilər” adlı qısametrajlı film və eyniadlı kitabın təqdimatı AMEA-nınn Mərkəzi Elmi Kitabxanasında keçirildi.
"Bakupost" xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, jurnalistlər və elm xadimləri iştirak edirdilər.
Tədbirin açılışında çıxış edən “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, jurnalist Aida Eyvazlı Göytürk bildirib ki, “Azərbaycan mədəniyyətində Zəngi tayfalarından qalmış ənənələr və yurdlar” layihəsinin əsas məqsədindən danışaraq bildirdi ki, Zəngi tayfalarının tarixi irsini öyrənmək, yeni elmi məlumatları ictimaiyyətə təqdim etmək və bu istiqamətdə araşdırmaları təşviq etmək hər bir elm xadimin işidir. Bu təşviqat məktəblərdən başlanmalıdır.
Gənclər və tələbələr üçün nəzərdə tutulan “Zəngilər” kitabında və eyniadlı filmdə Zəngi tayfalarının tarixi ilə bağlı geniş məlumatlar yer alıb. Nəşrdə və filmdə türkoloq professor Firudin Cəlilov, AMEA-nın baş elmi işçisi Zaur Əliyev, Səmərqənd Dövlət Universitetinin dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori və misirli tədqiqatçı Əhməd Tarabikin araşdırmalarına istinad olunaraq Zəngi tayfalarının tarixi, mədəni irsi və türk dünyasındakı rolu haqqında ətraflı məlumat verilib.
“Zəngilər” qısametrajlı filminin müsahibi olan AMEA-nın baş elmi işçisi Zaur Əliyev qeyd etdi ki, Azərbaycanın yeni təqdim olunan kitab və film bu gün Zəngəzur tarixinə və Azərbaycan tarixnin qaranlıq səhifələrinə işıq salır. Bu bir başlanğıcdır. Belə araşdırmalar gənc alimlkər tərəfindən də davam etdirilməlidir.
Kitabın redaktoru Vəli Əkbər, tərtibatçıları isə layihə rəhbəri Aida Eyvazlı Göytürk və Ülkər Eyvazovadır. Qısametrajlı filmin quruluşçu rejissoru Vüsal Orucovdur.
Tədbirin keçirilməsində məqsəd qədim köklərimiz və tariximizi, Zəngəzur bölgəsindən çıxan qəhrəmanların izlərini onlara xatırlatmaqdır.