Ru
19:07 / 14 İyul 2026

Avropada 14 minə yaxın insan istidən öldü

Avropada 14 minə yaxın insan istidən öldü
Eye

İyun ayının ikinci yarısında Avropada müşahidə olunan ekstremal isti hava şəraiti ən azı 14 min insanın həyatına son qoymuş ola bilər.


"Bakupost" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin apardığı qiymətləndirmə istilərdən ən çox əziyyət çəkən altı ölkənin - Fransa, Belçika, Almaniya, Niderland, İspaniya və Böyük Britaniyanın artıq ölüm halları ilə bağlı ilkin məlumatlarına əsaslanır.

Ümumilikdə bu ölkələrdə qeydə alınan ölüm göstəricisi artıq 14 min nəfəri ötüb. Bu rəqəm ən yüksək Almaniyada (6.8 min nəfər) qeydə alınıb.

Bir müddət əvvəl Avropa Ölüm Hallarının Monitorinqi Mərkəzi ("EuroMOMO") Avropa İttifaqına (Aİ) üzv olan bütün - 27 ölkə üzrə ümumi məlumatları təqdim edib. Qurumun məlumatına əsasən, 22-28 iyun tarixlərində bütün ölkələr üzrə artıq ölüm halları 10.6 min nəfər təşkil edib

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar