Ru
20:50 / 27 Oktyabr 2025

Zülfüqarov “Mehdiyev işi”ndən danışdı: Təhlükə görürəm!

Zülfüqarov “Mehdiyev işi”ndən danışdı: Təhlükə görürəm!
Eye

Məhkəmənin yekun qərarı olmadan kimisə ittiham edə bilmərik. Bu baxımdan rəsmi dairələr mövqeləri və məlumatları tez-tez yaymalıdırlar ki, biz söhbətin nədən getdiyini anlaya bilək. Amma ümumilikdə 2020-ci ildən sonra Azərbaycan öz tarixində yeni mərhələ başlatdı. Ölkəmizin beynəlxalq nüfuzu artır, beynəlxalq layihələrdə siyasi arenalarda öz siyasi iradəsini nümayiş etdirir, uğur qazanır. Əlbəttə, Azərbaycanı güclü görmək istəməyənlər də az deyil. Sosial və siyasi stabilliyə malik olan bir ölkəni həzm etmək istəmirlər. Xarici qüvvələrin siyahısı çox genişdir. Bu, təkcə Rusiyadan ibarət deyil. Məsələn, İran da hansısa iddialarla çıxış etməyə cəhd göstərə çalışır. Hətta Avropa Birliyi və Fransa da müəyyən iddiallarla çıxış edə bilər. Söhbət ondan gedir ki, Azərbaycanın indiki vəziyyətini qəbul etmək istəyənlər azdır. Çalışırlar ki, müxtəlif yollarla Azərbaycan daxilində stabilliyi pozsunlar.

Bakupost.az xəbər verir ki. Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarpv PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar haqda Bakivaxti.az-a geniş müsahibəsində deyib.

“Müxtəlif cəhdlər var, müəyyən layihələr həyata keçirilir. Biz hər bir məsələyə hazır olmalıyıq, eləcə də ayıq-sayıqlığı itirməməliyik. İstintaqın nəticələrini gözləməliyik”.

O vurğulayıb ki, bu işdə bir təhlükə görür:

“Azərbaycandakı stabilliyi pozmaq üçün müxtəlif formalı cəhdlər ola bilər. Müşahidə edirik ki, bizim siyasi elita müxtəlif cəbhələrə bölünüb. Bu da öz-özlüyündə təhlükədir. Bəlkə, bunun əsasları da var, amma güc birlikdədir. Bu, həm siyasi elitaya, həm də cəmiyyətə aiddir. Bu baxımından gedən proseslərdən narahatam. İstərdim ki, proseslərin bu və ya digər şəkildə qanuni nəticəsini hamımız görək və irəliyə baxaq”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar