"Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün gövdənin əhənglə rənglənməsi məsləhətdir”.
BakuPost xəbər verir ki, meyvə ağaclarına qulluq göstərilməsi ilə bağlı sualları ETSN-nin mütəxəssisi Gülnarə Məmmədova cavablandırıb.
Meyvə sortları nə vaxt əkilir?
Meyvə tinglərinin əsasən noyabrda, yarpaq töküləndən (vegetasiya dövrü dayandıqdan) sonra əkilməsi məsləhətdir. Payız mövsümündə əkilən ağaclar daha yaxşı inkişaf edir.
Meyvə ağaclarına necə qulluq göstərilməlidir?
Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün gövdənin əhənglə rənglənməsi məsləhətdir. Bu, onu həşəratlardan və günəş şüalarından qoruyur. Belə ki, gündüz gövdə günəş şüasından qızır, axşam isə soyuyur, nəticədə gövdədə çatlar əmələ gəlir. Həmin yerlərdə həşəratlar yumurta qoyaraq çoxalır və ağac zəifləyərək ömrü azalır. Ona görə əhənglənməsi zəruridir. Gövdə qabığı qalın olan ağacların isə əvvəlcə üst qabığı təmizlənməlidir. Sonra kül və təsərrüfat sabunu qarışığından məhlul (5 qr sabun və 250 qr kül) hazırlanmalı və 1litr isti suda həll edilməlidir. Gövdə soyuq halda olan məhlulla dezinfeksiya edilir, daha sonra əhəng ilə ağardılır. Meyvə bağlarına qulluq mart ayında aparılmaldır, gövdə ətrafı çox dərin olmadan yumşaldılmalıdır və cərgə araları şumlanmalıdır. Payız mövsümündə ağaclara üzvü və mineral (fosfor və kalium ) gübrələr verilməlidir. Ağaclar bar verdikdən sonra zəifləyir. Ona görə payız mövsümündə üzvü və gübrələri verdikdən sonra suvarmaq lazımdır. Azot gübrəsi isə ancaq yazda verilir. Meyvə ağaclarının calaq edilməsi ilə bağlı tövsiyələriniz... Meyvə ağacları növlərindən asılı olaraq may, avqust və sentyabr aylarında calaq edilir. Calaq mütləq işi bilən mütəxəssis tərəfindən aparılmalıdır.

Limon agaci hansi ayda calaq edilir?
Zəhmət olmasa yazardız limon ağacı hansı ayda calaq olur ən yaxsı calaq növü hansıdı limon ağacı üçün
Hec olmazsa 1 kəlimə calaqdan yazardız.
Tut agaci hacan calag olur?? hansi ayin hansi gunlerinde.zehmetnizi halal edin.
Salam zəhmət olmasa yazardiniz püstə agacj nə vaxt calaq edilməlidir və hansi agaclq
Salam Tut agacin yazda hansi vaxt calaq elemek olar zehmet olmasa melumat vererdiniz
Mandarin və fexia ağacları hansı ağaclara calaq vurmaq olar. Cox sağ olun .
Salam zəhmət olmasa armud ağacını nə vaxd calaq etmək olar yazardızda
Zəhmət olmasa yazardiniz, ərik ağacları hansı ayda calaq edilir?
Salam, zehmet olmasa duşes armud ağacını ne vaxt calamaq olduğunu yazardız.
Erik aqacina navaxt nece calaq edej
Alça calaqi yarma calaqi hansı ayda olur
Zəhmət olmasa yazardiniz- armud və gilas ağaclari nə vaxt , hansı ayda calaq olunur?
Calağ vurulmus ağaca əhəng vurulur və calağ vurulmuş ağac hər il ağacın neçə illik olmasından asılı olmayaraq qabığ hissəsi ən azı 3 yerdən çərtilir (soyulur).
Zəhmət olmasa yazardiniz- armud və gilas ağaclari nə vaxt calaq olunur və necə?