21 nəfər Azərbaycan vətəndaşı Şarm əl-Şeyx hava limanında qalıb. Vətəndaşlar “Shani Travel” tur şirkəti vasitəsilə Misirə səfər ediblər və bu gecə Bakıya qayıtmağı planlaşdırılıb.
Bakupost.az Patrul.az-a istinadən xəbər verir ki, vətəndaşlar təxminən 5 saata yaxındır ki, hava limanında gözləyir. Turizm şirkət əlavə 250 ABŞ dolları ödənilməsini tələb edir. Vətəndaşların heç biri bu məbləği ödəyə bilmir.
Vətəndaşlar məsələ ilə bağlı hüquqi və diplomatik müdaxilə tələb edir və aidiyyəti qurumların diqqətinə çatdırılmasını istəyirlər.
Hava limanında qalan qrup vəziyyəti sübut edən video görüntüləri də təqdim edib.
Vətəndaşlar Bakıya dönüşünün təmin olunması üçün aidiyyəti qurumların müvafiq addımlar atacağına ümid edirlər.