Əli Hidayət oğlu Əsədov “Şərəf” ordeni ilə təltif edilib.
"Bakupost" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Sərəncama görə, o, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun noyabrın 30-da 70 yaşı tamam olur.