Ru
11:08 / 28 Noyabr 2026

Reper mahnısında şəhidin adını çəkdi, tənqid olundu

Reper mahnısında şəhidin adını çəkdi, tənqid olundu
Eye

Türkiyəli rep ifaçısı Lvbel C5 yeni yayımladığı “OHAOHAOHA” adlı mahnısına görə sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.


"Bakupost" "Unikal"a istinadən xəbər verir ki, mahnıda Kipr Sülh Hərəkatı zamanı əsir götürülən və ağır işgəncələr nəticəsində şəhid olan Hava Pilot Yüzbaşı Cengiz Topelin adının çəkilməsi istifadəçilərin narazılığına səbəb olub.

Sosial şəbəkə istifadəçiləri şəhidin xatirəsinə hörmətlə yanaşılmalı olduğunu bildirərək ifaçını tənqid ediblər.

Artan reaksiyalardan sonra Lvbel C5 sosial media hesabında açıqlama yayıb. O, özü və sənəti üzərindən qaralama kampaniyası aparıldığını iddia edib.

Repçi Türkiyə Cümhuriyyətinin vətəndaşı və türk millətinin bir üzvü olduğunu vurğulayaraq dövlətinə, xalqına, vətəninə və bayrağına bağlılığının müzakirə mövzusu olmadığını bildirib.

O, sənətinin müxtəlif cür qiymətləndirilməsinə hörmətlə yanaşdığını, lakin şəxsi siyasi və ideoloji kimliyinin müzakirəyə çıxarılmasını qəbul etmədiyini qeyd edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar