Ru
12:14 / 13 Oktyabr 2026

65 mindən çox uşaq vaksinasiya olundu

65 mindən çox uşaq vaksinasiya olundu
Eye

Azərbaycanda cari il avqustun 1-dən sentyabrın 30-dək ümumilikdə 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub.

Bu barədə "Bakupost"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan uşaq poliklinikalarında, həmçinin regionlarda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 65 257 uşağa 90 972 peyvənd vurulub. Qeyd edək ki, peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar