Grand Theft Auto VI (GTA VI) oyunu ilk həftəsində 4,7 milyard dollar gəlir əldə edib.
"Bakupost" Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə “Alinea Analytics” şirkətinin analitiki Ris Elliott sosial şəbəkə səhifələrində bildirib.
Onun sözlərinə görə, oyun artıq 53 milyon nüsxə satılıb ki, bunun da 75,7%-i “PlayStation 5” (PS5) platformasındadır.
Elliott həmçinin yeddi milyon oyunçunun yeni “Rockstar Games” layihəsinə 50 saatdan çox, 250 min oyunçunun isə 100 saatdan çox vaxt sərf etdiyini açıqlayıb.
“Alinea Analytics”ə görə, PS5-də satılan GTA VI nüsxələrinin 33,5%-i ABŞ-min payına düşür.