Ru
22:05 / 12 Fevral 2026

AB bu ölkəyə açıq müharibə elan etdi

AB bu ölkəyə açıq müharibə elan etdi
Eye

Avropa Birliyi Ukraynanın Birliyə qoşulmasını sürətləndirmək planlarını həyata keçirmək üçün Macarıstana qarşı birləşib və bizə qarşı açıq müharibə elan edib.

Bakupost.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Brüssel elitasının ruporu olan “Politiko” Brüssel və Kiyevin son müharibə planını dərc etdi. Bu, Macarıstana qarşı açıq müharibədir”, - deyə Orban sosial şəbəkədəki səhifəsində yazıb.

O, AB rəhbərliyinin Macarıstan xalqının mövqeyini görməzdən gəldiyini və Macarıstanda hökumət dəyişikliyinə nail olmaq niyyətində olduğunu bildirib. Orbanın sözlərinə görə, AB Macarıstanda müxalifətin hakimiyyətə gəlməsini istəyir, çünki bu halda Budapeşt artıq Brüsselin qərarlarına "veto" qoymayacaq.

Orban həmçinin bu ilin aprel ayında keçiriləcək seçkilərdə Brüsseli bu planlarını dayandırmağa çağırıb.

Qeyd edək ki, “Politiko” Kiyev və Brüssel arasında razılaşdırılmış beş məqamı şərh edərkən yazıb ki, plana əsasən, Ukrayna 2027-ci ildə AB üzvü ola bilər.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar