Ru
17:10 / 23 Mart 2026

ABŞ-Belarus arasındakı buzlar əriyir – Lukaşenkonun Ağ Evə səfəri gözlənilir

ABŞ-Belarus arasındakı buzlar əriyir – Lukaşenkonun Ağ Evə səfəri gözlənilir
Eye

ABŞ prezidenti Donald Trampın Belarus üzrə xüsusi nümayəndəsi Con Koul bildirib ki, prezident Aleksandr Lukaşenko yaxın vaxtlarda ABŞ-a səfər edə bilər.

Bakupost.az xəbər verir ki, o, bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb. Koulun sözlərinə görə, mümkün görüş Ağ Ev və ya Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında baş tuta bilər.

Açıqlama ABŞ nümayəndəsinin Minskdə Lukaşenko ilə keçirdiyi son görüşdən sonra səsləndirilib. Danışıqların nəticəsi olaraq Belarus hakimiyyəti 250 siyasi məhbusun azad edildiyini elan edib. Azad olunanların bir hissəsinin ölkədən çıxarıldığı bildirilir.

Eyni zamanda Vaşinqton Belarusun bəzi maliyyə institutlarına qarşı tətbiq etdiyi sanksiyaların qismən yumşaldıldığını açıqlayıb. Bu qərarın bir sıra bankları, Maliyyə Nazirliyini və kalium sənayesi ilə bağlı şirkətləri əhatə etdiyi qeyd olunur.

Müşahidəçilər hesab edir ki, məhbusların kütləvi şəkildə azad edilməsi və sanksiyaların yumşaldılması Belarusla ABŞ arasında münasibətlərin qismən normallaşmasına yönəlmiş addımlar kimi qiymətləndirilə bilər. Ehtimal olunan səfər isə rəsmi Minsklə Vaşinqton arasında son illərdə yaranmış gərginliyin azaldılması istiqamətində mühüm diplomatik siqnal kimi dəyərləndirilir.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar