ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü başlayıb.
BakuPost Türkiyə mediasına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.
R.T. Ərdoğan “Şərəf Kitabı”na imza atdıqdan sonra həmkarı ilə danışıqlar aparmaq üçün Oval Ofisə gedib.
Prezident Donald Tramp Türkiyə Prezidentinin ölkəsinə səfərindən məmnun olduğunu bildirib. O, Suriya məsələsinə toxunaraq həmin bölgədə atəşkəsin davam etdiyini bildirib:
“Bildiyiniz kimi əsgərlərimizi geri çəkmişdik. Düşünürəm ki, artıq digər insanların sərhədləri üçün narahat olmamalıyıq və öz sərhədlərimizi düşünməliyik. Türkiyə Prezidentilə çox yaxın və uzun müddətdir dostuq, bir-birimizi çox yaxşı başa düşürük. Eyni zamanda problemlərimizi də yaxşı anlayırıq. Qeyd etdiyimiz bölgədə Türkiyədən bir çox insan həlak oldu. Bu istiqamətdə addımlar atmalıyıq”.
Türkiyə Prezidenti Ərdoğan isə görüşdən sonra təşkil olunacaq mətbuat konfransında danışıqlar barədə ətraflı məlumat veriləcəyini bildirib. Protokola uyğun olaraq, görüşün iki saat davam etməsi nəzərdə tutulur.