ABŞ Dövlət Departamenti İranın yeni Ali lideri Müctəba Xamenei və ölkə rəhbərliyinin digər nümayəndələri haqqında məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat elan edib.
Bakupost.Az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında dərc olunan rəsmi elanda bildirilir.
"Dövlət Departamentinin "Ədalətə yardım üçün mükafat" proqramı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və onun tərkibinə daxil olan strukturların əsas rəhbərləri haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edir", - deyə qeyd olunur.
Axtarışda olan şəxslər siyahısına İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, ali lider administrasiyasının təhlükəsizlik məsələləri üzrə müavini Əli Əsgər Hicazi, həmçinin hərbi müşavir Yəhya Rəhim Səfəvi də daxil edilib.