Ru
13:18 / 15 Aprel 2026

ABŞ-nin İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

ABŞ-nin İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır
Eye

ABŞ artıq İran məsələsi bitdikdən sonrakı hədəflərini də bəyan etməyə başlayıb.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts İranla bağlı hərbi əməliyyatlar bitdikdən sonra, ölkəsinin Asiya və digər regionlara diqqət yetirməyə başlayacağını bəyan edib.

Göründüyü kimi, ABŞ-nin hədəfi təkcə İranla bitmir. Onun ardınca Vaşinqton digər məqsədlərə çatmağı da düşünür. Amma hələlik konkret hansı hədəflərdən söhbət getdiyi açıqlanmır.

Politoloq Natiq Miri Bakupost.az-a bildirib ki, İrandan sonra Ağ Evin hədəfindəki Çindir:

“Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra onun xarici siyasətdə prioritet elan etdiyi istiqamət Sakit Okean və Asiya istiqamətidir. Burada hədəf isə ABŞ-nin özünə yeganə rəqib saydığı Çindir”.

Ekspertin sözlərinə görə, əslində İrana hərbi müdaxilənin bir geosiyasi istiqaməti də bu ölkə neftinin ABŞ-nin nəzarətinə keçirilməsidir:

"Bununla Vaşinqton həm də neft alan ölkələrə təsir və təzyiq imkanları əldə etmək istəyir. Hansı ki, İran neftinin 90 faizi, Asiyaya, konkret Çinə satılır. Özü də çox ucuz qiymətə”.

Politoloqun fikrincə, ABŞ-nin investisiyaları İrana yönəltmək planının arxasında dayanan başlıca məqam da məhz Çinlə bağlıdır:

“ABŞ İranla bağlı fəalliyəti təkcə nüvə məsələsilə bağlı deyil. Ağ Ev Tehrana həmçinin sövdələşmə, ABŞ investisiyasının İrana yönəlməsi planını da təqdim edir. Bu isə ABŞ-yə İranın enerji daşıyıcılarına müəyyən nəzarət imkanı da verə bilər. Belə vəziyyət isə eyni zamanda, bölgədən Çinin sıxışdırılıb çıxarılması anlamına gəlir. Ona görə də İran məsələsi ABŞ-nin istədiyi kimi həll olunarsa, sonrakı mərhələdə Vaşinqtonun diqqəti artıq Çinə yönələcək”.

Rüfət Sultan, BakuPost

Şərhlər
  • Süni İntellekt

    Politoloq Cənab Miri Natiq, ABŞ inhisarında *fəaliyyət göstərən* BMTdəki daimi nümayəndəsi Cənab Uolts Maykdan yeni Ağ Ev Prezidenti seçiləndən *Mənim səlahiyyətim yalnız ABŞ sərhəddi daxilindədir!* bəyan etsə də, digər *strateji iqtisadi-hərbi məramların* ABŞ, hüdudlarından çox uzaqlara uzandığının təsdiqini uzaq İrana qısa zamanda dəfələrlə hücumu, Vensuelanın blokadası, İsrailin yaxın Şərq ətraf dövlət sərhədlərini keçib-daxili *hərbi təmizləmələr* aparması üçqatla təsdiq edir. Bu geniş Hərbi *Sülh* diktatını eynən Kremlin Ukrayna və Aİ NATOsuna yönəltdiyi (1986dan) *ortaq yenidən bölüşmə* (yeni Anti-hüquqi Siyasi düzlən!) adlandırmaq olarmı? Tükənən Yerin mövcud siyasi-hüquqi düzəninə qarşı 1986cı ilə qədər siyasi-iqtisadi rəqabətdə olmuş iki Hərbi-İqtisadi Güclərin *Sülh məramı* ilə ilkin Beynəlxalq Toxunulmazlıq şərtləri, prinsipini (yozma separat yox) aşkarca, aşıb keçmirmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar