Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş məlumat üzrə polis tərəfindən araşdırma aparılıb.
"Bakupost"un məlumatına görə, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra edilib.