Ru
19:02 / 10 Mart 2026

Aleksandr Stubb İlham Əliyevə zəng etdi: Naxçıvanla bağlı...

Aleksandr Stubb İlham Əliyevə zəng etdi: Naxçıvanla bağlı...
Eye

Martın 10-da Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.


Bakupost.Az xəbər verir ki, Aleksandr Stubb İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu ilə əlaqədər ölkəmizə dəstəyini ifadə edib.

Azərbaycan Prezidenti telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandr Stubbun görüşləri və həmin görüşlər zamanı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Azərbaycan və Finlandiya prezidentləri əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar