Ru
18:50 / 10 Mart 2026

Qubanın 3 kəndinin adı dəyişdirilir

Qubanın 3 kəndinin adı dəyişdirilir
Eye

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Report-a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:

"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".

M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar