Ru
12:52 / 13 Yanvar 2025

Almaniya kəşfiyyatına işləyən diplomatın cəsədi evində tapıldı

Almaniya kəşfiyyatına işləyən diplomatın cəsədi evində tapıldı
Eye

Almaniyanın Pakistandakı Səfirliyinin müşaviri Tomas Bielefeld İslamabadda evində ölü tapılıb.

Bakupost.az “Bild” qəzetinə istinadən xəbər verir ki, bundan əvvəl 2 gün ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.

Qəzet yazıb ki, 58 yaşlı Tomas diplomat hesab edilsə də, əslində Almaniyanın Federal Kəşfiyyat Xidmətinə işləyib: “O, uzun müddətdir Almaniyanın kəşfiyyat xidməti ilə əməkdaşlıq edib və çox təcrübəli əməkdaş hesab olunurdu”.

Bildirilib ki, T.Bielefeld iki gün işə gəlmədikdə və zənglərə cavab vermədikdə, səfirliyin iki əməkdaşı onun evinə yollanıb və burada cansız bədənini aşkar ediblər.

Onun ürək xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar