Ru
16:45 / 30 Aprel 2026

“Altı alimin yazdığı kitaba görə uşaqlar “Azərbaycan tarixi”nə nifrət edir” - VİDEO

“Altı alimin yazdığı kitaba görə uşaqlar “Azərbaycan tarixi”nə nifrət edir”  - VİDEO
Eye

“6-cı sinif “Azərbaycan tarixi” kitabını 6 alim yazıb. 63 səhifə ibtidai icma quruluşu haqqındadır. Amma o boyda dünyanın ibtidai icma quruluşu haqqında olan kitab 17 səhifədir. 6-cı sinfə gəlmiş başı “çiy” uşaq birdən-birə bunu necə oxusun?”

Bakupost.az xəbər verir ki, bu fikirləri mentor Bahar İbadova bildirib.

“Tarix kitabını oxuyan 6-cı sinif şagirdi Azərbaycan tarixinə nifrət edir. Bütün tələbələr tarix fənnindən şikayət edir. Çünki nə müəllim düzgün oxuma metodikasını öyrədir, nə də kitab normal yazılır. Sonra deyirik ki, bizim uşaqlar niyə belədir?”

Qeyd edək ki, mentorun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yarım milyona yaxın baxış toplayan videoya minlərlə şərh yazılıb. İstifadəçilərin böyük hissəsi onun fikirlərini dəstəkləyib.

Mövzu ilə bağlı Bakupost.az-a danışan təhsil eksperti Ramin Nurəliyev problemin mövcudluğunu təsdiqlədi. O bildirdi ki, dərs vəsaitlərinin həcmi həddən artıq çoxdur:

“Azərbaycan tarixindən orta ümumi təhsil məktəbində dərs vəsaitləri həddindən artıqdır. Bu isə əlbəttə ki, həm şagirdləri, həm də müəllimləri yorur”.

Ekspert qeyd edib ki, qəbul imtahanlarında proqramın yığcamlaşdırılması da əsas məsələlərindəndir:

“Qəbul imtahanında sualların ana mövzular əsasında tərtib olunması məqsədəuyğun olar. Düşünün, bir şagird universitetə 5-6 fəndən hazırlaşır. Bu fənlər isə 5-ci sinifdən 11-ci sinfə qədər bütün mövzuları əhatə edir. Bu qədər geniş baza əsasında imtahan vermək həqiqətən də çox çətindir.
Yəni, bir fənnin sertifikasiya imtahanında müəllim öz fənni üzrə 50% nəticəni keçə bilmir. Biz isə 11-ci sinif şagirdindən 5–6 fənn üzrə bütün mövzulardan qəbul imtahanı götürürük. Ağır deyilmi? Çətin deyilmi? Çətindir, əlbəttə çətindir... Ona görə düşünürəm ki, nə qədər asanlaşdırılsa, o qədər yaxşı olar”.

Lalə, BakuPost
" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar