"Allahdan başqa heç nədən qorxmuram. Elə bil həmişə kimsə məni yuxarıdan qoruyur: suda batmayım, alovda yanmayım. Anar müəllim "Arşın mal alan"da (Gülçöhrə obrazını oynayıb - red.) çəkilməyimi istəmirdi. Düz deyirdi, ondan sonra bu boyda rolu harada oynaya bilərəm? Qorxurdu ki, film batacaq. Mən isə nə kameradan, nə başqa şeydən qorxurdum".
Bakupost.az "Axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Leyla Şıxlinskaya "Ötən günlər" verilişində deyib. O, aktrisalıq fəaliyyətindən danışıb. "Arşın mal alan" filmini xatırlayan L.Şıxlinskaya yazışı Anarın onun orada çəkilməsini istəmədiyini etiraf edib:
"Ona görə ki, peşəkar aktrisa deyiləm. Hər zaman elə gözəl, bir-birindən güclü aktyorlarla çəkilirdim: Həsən Məmmədov, Rasim Balayev... Belə adamların yanında peşəkar aktrisa olsaydım çəkinərdim. Müslüm Maqomayevlə çəkiləndə bir səhnədə ağlamalı idim, mən isə bacarmadım. Tüstü verdilər, soğan kəsdilər, ağlamıram. İsmayılov dedi ki, aktrisa deyilsiniz, sıfır. Qayıtdı ki, İtaliyada aktrisalar ağlaya bilməyəndə onları döyürlər. Cavab verdim ki, siz min il sonra Luçino Viskontinin kölgəsi olsaydınız, icazə verərəm mənə bir sillə vurarsınız. Pərt oldum, qaçdım. Amma ağlayıram. Arxadan qışqırırlar ki, ağladı, çəkin".
Hər kəs KİMisə digərini, Rejissor hər aktyoru istədiyi an arzuladığı hala duyğulandırmağa çalışar? Amma, Sən həmin özün təcavüzsüz həmin hal-hisslər naminə nə edə bilirsən? Sifariş, yazmaq, əmr etmək asan, ifa-icra etmək...? Yeri gəlmişkən-əsər və musiqi, hər memar-inşaatçı tərtibatçı-müəllif olsalar da, aktyor və müğənnilər, dünyəvi aktorlar da daxil, heç də müəllif icraçı, ya növbəti ifaçıdır! İranın Nüvə obyektlərinə dağıdıcı raket zərbələrinin icraçısı dünyəvi Hərbi Güc Ağ Ev, sifarişçi müəllifi isə İsrail hökuməti deyilmi?