Ru
14:35 / 10 Sentyabr 2026

Artıq süni intellekt sizin yerinizə bütün işləri görəcək

Artıq süni intellekt sizin yerinizə bütün işləri görəcək
Eye

“Meta” istifadəçilərin adından müxtəlif tapşırıqları yerinə yetirə bilən şəxsi süni intellekt agenti “Muse”u təqdim edib.

“Bakupost”xəbər verir ki, “Muse” adi çatbotlardan fərqli olaraq istifadəçinin tapşırıqlarını müstəqil şəkildə yerinə yetirə bilir. Sistem elektron məktub göndərmək, səyahət rezervasiya etmək, internetdə formaları doldurmaq və alış-veriş etmək kimi işləri həyata keçirir.

“Muse” istifadəçilərlə həm xüsusi tətbiq, həm də “WhatsApp” vasitəsilə əlaqə saxlayacaq. Təsdiq tələb edən əməliyyatlar zamanı isə istifadəçidən icazə istəyəcək.

Süni intellekt agenti ilkin mərhələdə ABŞ-də “iOS” və “Android” istifadəçiləri üçün istifadəyə verilib. Əsas funksiyalar pulsuz təqdim olunur, daha geniş imkanlar üçün ödənişli abunə modelləri nəzərdə tutulur.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar