"ABŞ və İran arasında hərbi əməliyyatlar tamamilə başa çatacağı təqdirdə belə, Avropa İttifaqı İran əleyhinə sanksiyaları ləğv etməyi planlaşdırmır, ilk növbədə Tehran "kütləvi qırğın silahlarından" imtina etməli və insan hüquqlarına riayət etməlidir".
Bakupost.az TASS-a istinadən xəbər verri ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Fransanın Evian şəhərində keçirilən Böyük Yeddilik (G7) sammitindən əvvəl təşkil olunmuş mətbuat konfransında bəyan edib.
"Bizim İrana qarşı iki problemlə bağlı olan iki sanksiya mexanizmimiz var - bunlar insan hüquqlarının pozulması və kütləvi qırğın silahlarıdır. Biz bu problemlərin hər biri üzrə İranın davranışında real dəyişikliyə nail olmalıyıq və yalnız ondan sonra sanksiyalar ləğv edilə bilər", - deyə o vurğulayıb.