Ru
21:30 / 20 Noyabr 2026

Avropa İttifaqından Ukrayna ilə bağlı milyardlıq qərar

Avropa İttifaqından Ukrayna ilə bağlı milyardlıq qərar
Eye

Avropa İttifaqı (Aİ) Ukrayna üçün yeni hərbi texnikanın alınmasına bir milyard avro ayrılmasını təsdiqləyib.


"Bakupost" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti qurumun rəsmi saytında məlumat yayıb.

Vəsait Avropa Sülh Fondundan ayrılacaq. Qərar Rusiyanın Ukraynaya qarşı yeni hücumları fonunda qəbul edilib.

Ayrılan vəsait 2027-ci ilin sonunadək pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə vasitələrinin, döyüş sursatlarının, radioelektron mübarizə avadanlıqlarının, radiolokasiya sistemlərinin və partlayıcı maddələrin tədarükünə yönəldiləcək.

Aİ bu vəsaiti üzv dövlətlərin 2026-cı il sentyabrın 25-də Avropa Sülh Fondu çərçivəsində Ukrayna üçün ümumilikdə 6,6 milyard avronun səfərbər edilməsinə dair əldə etdikləri siyasi razılaşma əsasında ayırır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar