Ru
19:24 / 20 Noyabr 2026

“Azəriqaz"ın baş direktoru Naxçıvanla bağlı tapşırıqlar verdi

“Azəriqaz"ın baş direktoru Naxçıvanla bağlı tapşırıqlar verdi
Eye

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib.

"Bakupost" xəbər verir ki, birlik rəhbəri Naxçıvan şəhəri, Babək, Şərur, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Ordubad rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Müraciətlər əsasən debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, işə qəbul, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar