Ru
18:00 / 20 Noyabr 2026

Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...

Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
Eye

Bakıda vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 57B nömrəli müntəzəm avtobus marşrutu yaradılır.

Bu barədə "Bakupost"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Noyabrın 23-dən fəaliyyətə başlayacaq yeni marşrut xətti Məhəmməd Hadi küçəsini (metronun "Həzi Aslanov" stansiyasının yaxınlığı) Kazımağa Kərimov küçəsi (Sabah City) ilə əlaqələndirəcək.

"Bakı Bus" MMC-yə məxsus marşrut xəttində 4 avtobus 15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 60 qəpik müəyyən edilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar