Bakının mərkəzində mənzil axtaranlar üçün əsas meyarlar yalnız qiymət və otaq sayı ilə məhdudlaşmır. Əlverişli yerləşmə, geniş yaşıllıq sahələri, təmir keyfiyyəti və uyğun ödəniş şərtləri də seçim zamanı mühüm rol oynayır. “Kristal”ın City Garden Narimanov yaşayış kompleksi bütün bu üstünlükləri bir araya gətirərək alıcılara həm hazır, həm də tikintinin müxtəlif mərhələlərində mənzil sahibi olmaq imkanı təqdim edir.
Hazır mənzil, yoxsa təməldən daha sərfəli seçim?
City Garden Narimanov-da mənzil almaq istəyənlər üçün fərqli seçimlər mövcuddur. Yeni satış mərhələsində 49,39 kv.m sahəli 2 otaqlı studiyalardan 85,08 kv.m sahəli 3 otaqlı mənzillərə qədər müxtəlif planlaşdırmalar təqdim olunur.

Təməldən mənzil seçənlər 30% ilkin ödənişlə, 18 ayadək faizsiz daxili kredit imkanından yararlana bilərlər. Bu, mənzilin dəyərini əlavə faiz ödəmədən hissələrlə qarşılamağa şərait yaradır.
Daha qısa müddətdə yeni evinə köçmək istəyənlər üçün isə kompleksdə hazır və tikintinin irəliləyən mərhələsində olan mənzillər də satışdadır. Bu mərhələlərdə 58,84 kv.m-dən 169,74 kv.m-ə qədər 2, 3, 4 otaqlı və studiya mənzil seçimləri mövcuddur. Beləliklə, alıcılar həm kompakt yaşayış sahəsi, həm də geniş ailələr üçün nəzərdə tutulan mənzillər arasından seçim edə bilərlər.

Bu mənzilləri 20%-dən başlayan ilkin ödənişlə, 20 ilədək ipoteka vasitəsilə əldə etmək mümkündür. Tikintisi davam edən binalar üzrə illik 8%-dən başlayan faiz dərəcəsi ilə güzəştli kredit imkanı da mövcuddur.
City Garden Narimanov-un əsas üstünlüklərindən biri yerləşməsi və geniş ərazisidir. Kompleks paytaxtın coğrafi mərkəzində, “Nəriman Nərimanov” metro stansiyasından təxminən 720 metr məsafədə, Heydər Əliyev prospektinin yaxınlığında yerləşir.
Ümumilikdə 21 hektar ərazini əhatə edən layihənin 17,3 hektarı yaşıllıq sahələri üçün ayrılıb. Burada sakinlərin gündəlik istirahəti və aktiv həyat tərzi üçün gəzinti və velosiped yolları, uşaq oyun meydançaları, idman zonaları və ailəvi istirahət məkanları nəzərdə tutulub.

Kompleksin infrastrukturu ticarət və xidmət obyektlərini, kafe və restoranları, avtomobil dayanacaqlarını və 24/7 mühafizə sistemini də əhatə edir. Bu imkanlar sakinlərin gündəlik ehtiyaclarını yaşadıqları məkanda qarşılamağa və asudə vaxtlarını daha rahat təşkil etməyə yönəlib.
City Garden Narimanov-da mənzillər tam premium təmirli təhvil verilir. Təmir prosesində HARO, GROHE, GEWISS, Prysmian, Zambaiti Parati və Infinity kimi tanınmış beynəlxalq brendlərin məhsullarından istifadə olunur.
Müasir mühəndislik həlləri, keyfiyyətli təmir materialları və funksional mənzil planlaşdırmaları yaşayış rahatlığının təmin edilməsində əsas amillərdəndir. Tam təmirli təhvil verilmə isə alıcıları əlavə təmir işlərinə vaxt və vəsait sərf etmək zərurətindən azad edir.
City Garden Narimanov həm şəhərin mərkəzində yaşamaq, həm geniş yaşıllıq və istirahət imkanlarından yararlanmaq, həm də büdcəyə uyğun ödəniş modeli seçmək istəyənlər üçün müxtəlif alternativlər təqdim edir.
Kompleksdə mövcud mənzillərin sahələri, qiymətləri, faizsiz kredit və ipoteka şərtləri haqqında ətraflı məlumat almaq üçün “Kristal”ın satış ofisinə müraciət etmək və ya *1544 qısa nömrəsinə zəng etmək mümkündür.
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi
Ətraflı: *1544