Ru
15:48 / 20 Noyabr 2026

Yeni “Hyundai Elantra” təqdim olundu

Yeni “Hyundai Elantra” təqdim olundu
Eye

“Hyundai” şirkəti səkkizinci nəsil “Elantra” modelini təqdim edib. Yenilənmiş sedan daha geniş salonu, hibrid mühərriki və yeni multimedia sistemi ilə diqqət çəkir.

“Bakupost” xəbər verir ki, avtomobilin 1,6 litrlik hibrid mühərriki ümumilikdə 157 at gücü hasil edir. Model 2 litrlik, 149 at gücündə benzin mühərriki ilə də təklif olunacaq.

Yeni “Elantra”nın salonunda 12,9 düymlük multimedia ekranı, süni intellekt əsaslı səsli köməkçi və simsiz enerji doldurma funksiyası yer alır. Əsas idarəetmə funksiyaları üçün fiziki düymələr də saxlanılıb.

Avtomobilin 2027-ci ilin əvvəlində Şimali Amerika da daxil olmaqla, dünya bazarlarında satışa çıxarılması planlaşdırılır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar