Aparıcı Zaur Baxşəliyev həmkarı Elgiz Əkbərin ötən gün televiziya proqramları ilə bağlı səsləndirdiyi tənqidlərə dəstək verib.
"Bakupost" xəbər verir ki, Zaur efirdə yeni layihələrin olmadığını, televiziya kanallarına ayrılan maliyyəyə baxmayaraq, tamaşaçılara fərqli məzmun təqdim edilmədiyini bildirib.
“Yazıq Elgiz düz deyir də. O qədər pul alırlar, büdəcədən maliyyələşirlər, amma ortada bir şey yoxdur. Hansı kanalda yeni layihə var? Bizim verilişləri bağladınız, bəs indi tamaşaçılar kimə baxırlar? Hansı veriliş dünyaya çıxıb? Ona görə də indi hamı sosial şəbəkələrə üz tutur”, - deyə aparıcı qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl Elgiz Əkbər efirində baş verən qalmaqallı hadisəni tənqid edən, adını çəkmədiyi həmkarına sərt cavab verib. O, bəzi televiziya proqramlarının əvvəlki formatda yayımlandığını, heç bir yeniliyin olmadığını bildirib. Aparıcı, həmçinin həmin verilişdə bir həkimin çıxışına görə aylıq 16 min manat ödədiyini deyib. İddialara görə, söhbət aparıcı Lalə Azərtaşın verilişindən gedir.
Yasəmən, BakuPost